Demokratlar rəsmi Kiyevin müharibədə əsas dəstəkçisidir -POLİTOLOQ
12:11 19.07.2024
Dünya
573
Co Bayden administrasiyasının Ukraynanın maraqlarına sadiqliyi və davamlı dəstəyi dəyişməz olaraq qalır və Birləşmiş Ştatlar ukraynalıların ərazi itkilərini qəbul etmək şərti ilə Ukrayna hakimiyyətini Moskva ilə danışıqlara məcbur etmək niyyətində deyil.
Bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə koordinatoru Con Kirbi Trampın Ukrayna müharibəsi ilə bağlı planının olmasını şərh edərkən deyib.
“Prezident Baydenin Ukraynanı dəstəkləmək öhdəliyi həmişə sabit, güclü və ardıcıl olub. Biz Ukraynanı dəstəkləyən 50-dən çox ölkədən ibarət qlobal koalisiya yaratdıq. Və prezident başa düşür ki, Ukraynanın döyüş meydanında mövqeyi nə qədər yaxşı olarsa, vaxtı gələndə danışıqlar masası arxasında ukraynalıların mövqeyi bir o qədər güclü olacaq. Və bilirsiniz ki, bu vaxt gələndə kim qərar verir - Prezident Zelenski. Və başqa heç kim”.
Con Kirbinin fikirlərinə münasibət bildirən politoloq Sultan Zahidov “Sherg.az”a vurğulayıb ki, Bayden administrasiyasının mövqeyi əvvəldən indiyə qədər Rusiyanın Avropa üçün böyük təhdid olmasından ibarətdir:
“Əgər Rusiya Ukraynada qalib gələrsə, Avropa və Amerikanın maraqlarını təhlükə altına alacaq. Çünki Avropanın əksər ölkələri NATO üzvləridir. Ona görə də Ukraynaya dəstək Bayden administrasiyasında əsas mövqelərdəndir. Bu günə kimi də ABŞ administrasiyası hər vəchlə sözügedən dəstəyi davam etdirmək niyyətini büruzə verib. Ən son ABŞ Senatının Ukraynaya 61 milyard dollarlıq yardım paketinin ayrılması bir daha göstərir ki, demokratlar rəsmi Kiyevin müharibədə əsas dəstəkçisidir. Noyabrda keçirilən prezident seçkilərində Donald Trumpın qalib gəlmə ehtimalı böyükdür. Əgər Trump qalib gələrsə, onun Ukrayna siyasəti fərqli olacaq. Belə olan halda ABŞ-nin əvvəlki kimi dəstəyi olmadan Rusiyanın Ukraynadan daha çox dividentlər götürmək şansı artacaq. Hazırda döyüş cəbhəsində böyük dəyişiklik yoxdur. Hər iki tərəf ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyir. Sözügedən nəticələrə görə tərəflər müvafiq strategiyalarını işə salacaqlar. İndiki halda Bayden administrasiyasının əsas hədəfi növbəti dəfə seçkilərdə qalib gəlməkdir. Bu baş tutsa, Ukrayna savaşının uzanma ehtimalı daha böyükdür. Çünki heç bir tərəf kompromisə getmək istəmir. Amma Trump seçilib, Ukraynaya yardım göstərməyəcəksə, atəşkəsin imzalanması mümkündür. Ona görə ki, Amerikanın ciddi dəstəyi olmadan Ukraynanın müharibədə divident əldə etməsi mistik görsənir".
Qeyd edək ki, “Röyters” bu həftə keçmiş prezident Donald Trampın komandasına yaxın mənbələrə istinadən xəbər verib ki, iki yaxın müşaviri Trampa Ukraynada müharibəyə son qoymaq planını təqdim ediblər. Plan Ukraynanın şərqində Rusiya hakimiyyəti tərəfindən indi ələ keçirilən ərazilərin itirilməsinə razılıq verməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya