"Microsoft"un fəaliyyətində problem yaradan əsas səbəblər aradan qaldırılıb

"Microsoft"un fəaliyyətində problem yaradan əsas səbəblər aradan qaldırılıb, ancaq bəzi servislərdə prooblemlər davam edə bilər.

"APA-Economics" bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd edək ki, "Windows" 10 əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq bir sıra beynəlxalq aviaşirkətlərin fəaliyyətinə təsir edib. Bunların sırasında ABŞ-nin "Delta Airlines", "United Airlines", "American Airlines", "Allegiant Air", "IndiGo", "Akasa Airlines", "Ryanair's", "SpiceJe" şirkətləri, Fransanın "Air France" şirkəti və digər beynəlxalq şirkətlər var. Eyni zamanda Amsterdamın "Schiphol" Hava limanı, İngiltərənin "Heathrow", "Gatwick", "Luton" hava limanları, Şotlandiyanın "Edinburq", İrlandiyanın "Belfast", İtaliyanın " Fiumicino" və digər beynəlxalq hava limanlarında sözügedən nasazlıqla əlaqədar uçuşlarda ləngimələr və digər problemlər yaşanıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən açıqlamada isə, sözügedən nasazlığın aeroportun fəaliyyətinə təsir göstərmədiyi bildirilib.