İnqilab gözlənilir

İnsanlar vəfat etmiş doğmaları ilə süni intellekt vasitəsilə yenidən “görüşə biləcək” və onlarla “söhbət edəcəklər”
 
 Texnoloji kahini Ray Kurzveil "Təkillik yaxınlaşır” adlı kitabında daha bir neçə yeniliklər barədə məlumat verib.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, illər əvvəl "iPhone", daha sonra süni intellekt barədə öncəgörmələrlə dünyanı təəccübləndirən  Ray Kurzveil 2045-ci ilədək süni zəkanın ölüləri kopyalayaraq onlarla yenidən ünsiyyət qura biləcəyimizi açıqlayıb. Texnoloji kahini insan zəkasının 5-ci çağına daxil olduğumuzu, 2030-cu ilədək “ölümsüzlük” məsələsində böyük irəliləyiş əldə ediləcəyini və insan beyninin bulud texnologiyası ilə genişlənəcəyini bildirib. Bundan başqa, kahin yaşamın daha ucuz və asan hala gələcəyini, robotların və nanotexnologiyaların gündəlik həyatda inqilabi dəyişikliklər yaradacağını iddia edib. Kahin yeni kitabında ağlagəlməz təxminlər haqqında yazıb. Kurzveil, 'The Singularity is Nearer' adlı kitabında da qeyd edib ki, 2045-ci ilədək süni zəka ölüləri kopyalayaraq onları təqlid edəcək, insanlar vəfat etmiş doğmaları ilə süni intellekt vasitəsilə yenidən “görüşə biləcək” və onlarla “söhbət edəcəklər”. “Təkillik” isə süni zəkanın sonuc etibarilə insan zəkasına üstün gələrək varlığını təməldən dəyişdirəcəyini bildirən fəlsəfi görüşdür. Kahin özü də süni intellektin ölüləri “dirildəcəyinə” inanır. Kahinin vəfat etmiş atasını süni intellekt vasitəsilə təqlid etdirməsinə 10 il müddət lazım gəlib.