İsrail XİN: Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq

İsrailin xarici işlər naziri İsrael Kats Böyük britaniyalı həmkarı Devid Lemmidən girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin olmayacağına dair mesajını HƏMAS-a çatdırmağı xahiş edib.
“Report” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
“Böyük Britaniya və dünya HƏMAS-a açıq şəkildə bildirməlidir ki, girovlar azad edilmədən Qəzza zolağında atəşkəs olmayacaq”, - məlumatda qeyd edilib.