Tarixçi alim ilklərə imza atdı - SİYAHI


Səfəvişünas alim Elnur Nəciyev "Səfəvi dövlətinin əhalisi" əsərini (Bakı, 2024) yazaraq, Azərbaycan tarix elmində bir çox ilklərə imza atıb.

Təhsil365 həmin ilkləri təqdim edir:

1) Azərbaycan tarix elmində ilk dəfə olaraq Səfəvilər dövlətinin əhalisi kompleks şəkildə tədqiq edilib.

2) Səfəvilər dövlətinin "İran dövləti" kimi təqdim olunması, "əsas etnik qrupların fars adlandırılması" fikrinin yanlış olduğu elmi cəhətdən əsaslandırılıb.

3) Azərbaycan tarix elmində ilk dəfə olaraq bütün Qızılbaş oymaqları tərkibinə daxil olan obalarla birlikdə ayrıca tədqiq edilib.

4) Səfəvi imperiyasının hüdudları çərçivəsində əhalinin dini tərkibi tədqiq edilərək aydınlaşdırılıb.

5) Əhalinin sosial-silki tərkibi, ayrı-ayrı təbəqələr arasında hüquqi münasibətləri əhatə edən sosial məsələlər araşdırılıb.

6) Səfəvi imperiyasının idarə edilməsində Qızılbaş-türk tayfaların aparıcı rol oynadığı sübut olunub.

7) Əhalinin miqrasiyası, xüsusilə də 1514-cü il Çaldıran döyüşündən sonra Sultan Səlim tərəfindən Təbrizdən İstanbula köçürülən əhalinin sayının müəyyənləşdirilməsinə cəhd edilib və Azərbaycan tarix elmində ilk dəfə olaraq həmin insanların adları və peşələri barədə mühüm məlumat verilib.

8) Azərbaycan tarix elmində ilk dəfə olaraq Səfəvilər dövlətinin əhalisinin say dinamikasına təsir edən təbii fəlakətlər və xəstəliklər öyrənilib və əldə olunan məlumatlar cədvəllər şəklində təqdim olunub.