Səfir: … bu gün Tehrana qayıtdıq

"Səfirliyimizin fəaliyyətinin yeni ünvanda bərpası ilə xidmətimizi davam etdirmək üçün bu gün Tehrana qayıtdıq."

APA xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz şəxsi "Facebook" hesabında yazıb.

"İnanıram ki, birgə səylərimizlə qarşılıqlı hörmətə, dostluğa və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq.", - deyə səfir bildirib.