Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub.

"Sherg.az" xəbər verir ki, Müdafiə Nazirliyi hərbi qulluqçunun həlak olması ilə bağlı faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.