Helin Kandemir ötən gün Nişantaşı Citysdə görüntülənib.
“Sherg.az” xəbər verir ki, aktrisa Onur Seyit Yaranla baş rolu paylaşdığı “Aşkın Yüz” filmi üçün intensiv çalışdığını bildirib:
“Filmimiz romantik bir yetkinlik hekayəsidir. Mənim üçün də bu cür oldu. İndi uşaq aktyorluğundan qadın aktrisalığına keçirəm. Bu keçid dövründə gənclərin hekayəsini danışırıq. Yaşımdakı obrazı canlandırdığım üçün xoşbəxtəm. Ümid edirəm ki, tamaşaçılarda öz cavabını tapacaq”.
Kandemir tətil əvəzinə işləməyə üstünlük verdiyini bildirib:
“Yayda işləməyi daha çox sevirəm. Çəkilişlər 10 günə bitir. Bu iş sayəsində çox gözəl dostluqlar qurduq. Onur Seyitlə tanış olduğum üçün çox şadam. Çox şirin və çox peşəkardır''.
Aktrisa "Türkiyədə tətildə olarkən bikinili paparassilərə yaxalanmaqdan qorxursuz? sualını belə cavablandırıb:
“Bodrum və Çeşmə çox izdihamlıdır. Tətildə daha çox özəl yerlərə üstünlük verirəm. Bədənimizlə barışıq olmaq vacibdir. Belə bir qorxum yoxdur”.