Bred Pitt davranışlarını sevgilisinə görə dəyişir

Duş almır, dezodorant istifadə etmir

 Hollivud “ulduzu” Bred Pitt bu dəfə ilginc məsələ ilə bağlı gündəmə gəlib. Məlum olub ki, məşhur aktyor duş almağı, tez-tez çimməyi, hətta dezodorant istifadə etməyi də heç sevmir. Uzun illər aktyor bu cür həyat tərzi sürdürüb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, aktyor bu vərdişlərindən indi əl çəkməyə başlayıb. Bu isə aktyorun  yeni sevgilisi sayəsindədir. Aktyor 2 ilə yaxındır birlikdə olduğu sevgilisi, İnes de Ramon sayəsində şəxsi gigiyenasına diqqət etməyə başlayıb. 60 yaşlı aktyor “The Vampire Diaries” (Vampir Günlükləri) ilə tanınan Paul Vesleyin keçmiş həyat yoldaşı, 34 yaşlı İnes de Ramonla 2022-ci ildən sevgi münasibətlərindədir. Çevrəsi isə hesab edir ki, bu münasibətlər Bred Pitt Hollivud “ulduz”u Angelina Coli ilə boşandıqdan sonra yaşadığı ilk ciddi münasibətdir. Bu günlərdə “InTouch”a danışan qaynaqlardan biri “Bred Pitt şəxsi gigiyenasına sevgilisi İnes de Ramon sayəsində riayət etməyə başlayıb. Bu, onu tanıyanlar üçün böyük sürprizdir. Bred Pitt dünyada məşhur olmasına baxmayaraq, çox gec-gec çimirdi, duş almağı heç sevmirdi, saçını  yumağa də ərinirdi. Dezodorant belə istifadə etmirdi. İndi isə biz onda böyük dəyişiklik hiss edirik. Bred tez-tez duş alır, dezodorant və ətirləri isə onun üçün İnes seçir. Birlikdə gəzintiyə çıxırlar,  masaj salonlarına gedirlər, hətta Bred dəri kremləri də istifadə etməyə başlayıb”-, söyləyib.