Orada səs verənlər üçün proses yüksək səviyyədə olacaq

İşğaldan azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılıb.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 1 sentyabr seçkiləri çərçivəsində siyasi partiyalardan irəli sürülən ümumilikdə 585 səlahiyyətli nümayəndə artıq qeydiyyatdan keçib.

O qeyd edib ki, azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam hazırdır:

"Bundan başqa dediyimiz kimi biz müvəqqəti – beş günlük məntəqələr də yaradırıq. Orada səs verəcək vətəndaşlar üçün proses yüksək səviyyədə olacaq”.