Qlobal texniki nasazlıq: "CrowdStrike" milyardlarla dollar itirdi

"CrowdStrike" antivirusunun yenilənməsi nəticəsində "Windows" əməliyyat sistemində yaranan nasazlıq bütün dünyada hava yollarının, xəstəxanaların, bankların və təhlükəsizlik sistemlərinin işində fasilələrə səbəb olub.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, dünya üzrə ən azı 1400 uçuş ləğv edilib və "CrowdStrike" 17.78 milyard dollar ziyana uğrayıb.

Proqram təminatı qlobal fasiləyə səbəb olan informasiya təhlükəsizliyi həlləri provayderi "CrowdStrike"nin səhmləri Bakı vaxtı ilə saat 14:30-da NASDAQ premarketində ticarət zamanı 21,3% ucuzlaşaraq 270.01 dollara düşüb. İyulun 18-də keçirilən əsas ticarət sessiyasının nəticələrinə görə, şirkətin kapitallaşması "TradingView"a görə, 83.48 milyard dollar təşkil edib.

Bakı vaxtı ilə saat 14:48-də kotirovkaların azalması 18,18% -ə qədər yavaşlayıb, səhmlər 280.7 dollara satılıb.