Muxtar Babayev: Azərbaycan COP29-un örnək olmasını öhdəlik götürüb

Azərbaycan COP29-un örnək olmasını öhdəlik götürüb.

APA xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 sədrliyinin mətbuat konfransında deyib.


“Biz bütün tərəfləri bir araya gətirməyə, iqlim böhranlarından əziyyət çəkən milyonlarla insanın səsini eşitməyə çalışırıq. Onlar dərhal addımlar atılmasını istəyirlər. COP29-da toplandığımız zaman bu icmaları diqqətimizdə saxlamalı, ortaq öhdəliklər və mənəvi borclarımız haqqında düşünməliyik. Biz Bakıda 140 gündən az bir vaxtdan sonra toplaşacağıq”.

O bildirib ki, COP29 sədrliyi ilk məktubunu tərəfdaşlara göndərib:

“Həmin məktubda atılacaq addımların sürətləndirilməsinə çağırış etdik. Bütün prinsipləri, öz viziyonumuzu, atılan addımlar və əsas dönüm nöqtələrini nəzərə alaraq şəbəkələr və koordinasiyalı addımlar vasitəsilə bu uğurlu məsələyə çatmalıyıq. COP29 sədrliyi ədalətli və məsuliyyətli olmalı və 6-cı maddənin yekunlaşdırılmasına çalışmalıdır. Biz bütün digər prioritetlərimizi də həyata keçirməli, “heç kimi geridə qoymamaq" prinsipi ilə harmoniyada fəaliyyət göstərməliyik”.

“Biz bütün iqlim sütunlarının, qlobal, regional, milli və digər qrupların da fikirlərini alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq”, - deyə o qeyd edib.