ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

ABŞ dövlət katibi Antoni Blinken gələn həftə Laosda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşmək niyyətindədir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda çıxışı zamanı bildirib.
Blinken çinli həmkarı ilə tez-tez təmasda olub-olmaması ilə bağlı suala belə cavab verib: "Onunla müntəzəm danışıram. Gələn həftə Laosda görüşəcəm".
“Bizim razılaşa bilmədiyimiz məsələlərlə bağlı ünsiyyəti davam etdirməyimiz vacibdir”, - ABŞ dövlət katibi deyib.
Qeyd edək ki, iyulun 26-27-də Laosda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici siyasət idarələri rəhbərlərinin növbəti iclası keçiriləcək.