Braziliya yığmasının heyəti açıqlandı

Ronaldinyo, Felipe Melo, Robinyo və Kaka futbol millisinə dəvət edilməyib



 Luis Felipe Skolari Braziliya futbol millisinin heyətini açıqlayıb. Baş məşqçinin, heyəti açıqladığı mətbuat konfransında 876 jurnalist izləyib.
Skolari dünya çempionatına qatılmağa namizəd olan heyətə 23 futbolçu daxil edib. Baş məşqçi gözlənilənlərin əksinə olaraq Ronaldinyo, Felipe Melo, Robinyo və Kakaya dəvət göndərməyib.
Qapıçılar: 
Julio Sezar (Toronto, Kanada), Cefferson (Botafoqo), Viktor (Atletiko Mineyro).

Müdafiəçilər: 
Dante (Bavariya, Almaniya), David Luiz (Çelsi, İngiltərə), Henrike (Napoli, İtaliya), Tyaqo Silva (PSJ, Fransa), Dani Alvesş (Barselona, İspaniya), Maykon (Roma, İtaliya), Marselo (Real, İspaniya), Maksvell (PSJ, Fransa).

Yarımmüdafiəçilər: 
Villian, Oskar, Ramires (üçü də "Çelsi", İngiltərə), Fernandinyo (Mançester Siti, İniltərə), Hernanes (İnter, İtaliya), Luiz Qustavo (Volfsburq, Almaniya), Paulinyo (Tottenhem, İngiltərə).

Hücumçular: Bernard (Şaxtyor, Ukrayna), Fred (Fluminense), Halk (Zenit, Rusiya), Jo (Atletiko Mineyro), Neymar (Barselona, İspaniya).