Zəhərlənən yeddi şagirddən ikisinin vəziyyəti ağır olaraq qalır





Azərbaycan Tovuzda kütləvi zəhərlənmə baş verib.
ANS TV-nin məlumatına görə, məktəbli şagirdlər zəhərləniblər. Zəhərlənən 7 şagirddən ikisinin vəziyyəti ağırdir. Onların məktəbdə yedikləri suxaridən zəhərləndikləri ehtimal olunur.
Tovuz rayonunun Vahidli kəndində orta məktəbdə uşaqlar arasında zəhərlənmə baş verib. Zərərçəkənlərin valideynlərinin verdiyi məlumata görə, 7 uşaq məktəbdə suxari yedikdən sonra onlarda ürəkbulanma, qusma halları baş verib.

Dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib. Onlardan 2-nə, 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadəyə vəziyyətləri daha ağır olduğu üçün sistem köçürülüb. Tovuz Mərkəzi Rayon Xəstəxanasının həkimi Aybəniz Dəmirovanın verdiyi məlumata görə, hazırda xəstələrin vəziyyəti normaldır.