Bakıda 10 avtobus marşrutu ilə bağlı YENİLİK





Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişikliyin məqsədi çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. Mövsümi xarakterli dəyişikliyə gələn ayın 1-dən tətbiq ediləcək.

· 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu” stansiyasından "Buzovna” çimərliyinə;


· 108A nömrəli marşrut xətti avtobuslar "Görədil” və "Fatmayı” bağlarına;


· 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil” çimərliyinə qədər;


· 171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi "See Breeze” istirahət mərkəzinə;


· 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu” stansiyasından "Bilgəh” bağlarına;


· 173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı” bağlarına və çimərliyinə qədər;


· 185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar "Qızılqum” sanatoriyasına qədər;


· 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş” bağlarına qədər;


· 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan”


bağlarına qədər fəaliyyət göstərəcək.