Putinlə Trampın görüşü yaxşı əlamətdir - Süzan Messi




ABŞ Prezidenti Donald Trampın danışqların növbəti mərhələsi üçün Rusiya Prezidenti Vladimir Putini Vaşinqtona dəvət etməsi iki ölkə arasında münasibətlərin inkişafında müsbət addımdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın müşaviri Süzan Messi deyib.

"Bu, hazırda olduqca vacibdir, yaxşı əlamətdir. Vaşinqtonda görüşün necə baş tutacağını deyə bilmərəm. Lakin prezident Tramp gözəl addım atıb", - deyə bildirib.