İranda zəlzələ: 128 nəfər xəsarət alıb - YENİLƏNİB





Bu gün İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi əyalətin qubernatoru Xuşanq Bazvanda istinadən məlumat yayıb.
Qeyd edək ki, undan əvvəl "Sinxua" agentliyi 20 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.


*** 12.23



Bu gün yerli vaxtla səhər saat 09.37 radələrində İranın Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələolub.


APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji mərkəzi məlumat yayıb.


Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub. Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.


Qeyd edək ki, 12 noyabr 2017-ci ildə İranın qərbində Kermanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub, 600-dən çox insan ölüb.