Şok sənədlər ortaya çıxdı: Məsləhətçisi rus agentidir...





ABŞ Federal İstintaq Bürosunun (FBI) sirrini açdığı sənədlərə görə,  Donald Trampın xarici siyasət məsləhətçisi Carter Pagenin 2016-cı il prezident seçkiləri zamanı  "Rusiya hökumətiylə əməkdaşlıq  etdiyini" bildirib.
Sherg.az xarici media istinadən xəbər verir ki,  məhkəmə protokollarında, Pagenin nəzarət  altında saxlanmasına  səbəb olan rus kəşfiyyatı səlahiyyətliləriylə əlaqəsinə diqqət çəkilir.
Page isə, ruslarla əlaqəli olduğu iddialarını rədd edib.

Page haqqında oktyabr 2016-cı ildə  bir məhkəmə müraciətində "FBI, Pagenin rus hökumətiylə əməkdaşlıq etdiyinə inanır" deyilir.

Sənədlərə görə "FBI, rus hökumətinin cəhdləri ilə kəşfiyyatın Page və bəlkə də Trampın seçki kampaniyasındakı vəzifəlilərlə əməkdaşlıq içində olduğuna inanırdı."

Xəbərə görə; sənədlərdə ayrıca Pagenin rus hökuməti səlahiyyətliləri və rus kəşfiyyatı səlahiyyətliləriylə də əlaqədə olduğu ifadə olunur.

Page isə bazar günü CNN televiziya kanalında bu iddiaları rədd edib.

Page, FBI-nin Xarici Kəşfiyyat Müşahidə etmə məhkəmələrinə müraciət etməsinin "axmaq addım"' olduğunu söyləyib və dövlət təşkilatlarını məhkəmələri səhv istiqamətləndirməklə günahlandırdı.

PAGE: HEÇ BİR ÖLKƏNİN AGENTİ DEYİLƏM

Page, "Haradan baxsan bax, heç bir xarici gücün agenti olmadım" deyib.

Enerji sənayesi məsləhətçisi olan Pagenin Rusiyayla uzun müddətdir əlaqəsi var. Trampın kampaniyasıyla ilk dəfə 2015-ci ildə əlaqəyə keçən Page,  2016-cı ildə  Trampın kampaniyasının idarəçisi Corey Levandovski ilə əlaqəyə keçmişdi.

Tramp, 2016-cı ilin martında Pageni xarici siyasət məsləhətçisi təyin edib.

Page, rus səlahiyyətlilər və Tramp kampaniyası arasında vasitəçi olduğu iddialarının ortaya çıxmasıyla vəzifəsindən istefa verib.
 
Turan