Ərdoğanla Putin arasında görüş olacaq




 Cənubi Afrika Respublikasının paytaxtı İohannesburqda keçiriləcək "BRİCS” sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçsı Vladimir Putin arasında görüş olacaq.

"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, R.T.Ərdoğanla V.Putin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, zirvə toplantısı iyulun 26-da keçiriləcək. "BRİCS" formatına Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası daxildir.