Bakıda fəhlə 14-cü mərtəbədən yıxılaraq ölüb





Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şərifzadə küçəsində inşa edilən binada qeydə alınıb.
Həmin ünvanda fəhlə işləyən Füzuli rayon sakini Nahid Əliyev 14-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.