Rusiya XİN Ermənistana 10 milyon avro ayrılmasına münasibət bildirib: Bu, əslində, müharibə fondudur

Biz dəfələrlə qeyd etmişik ki, Aİ sülh potensialını hətta sözlərində də itirib.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Ermənistana 10 milyon dollar hərbi yardım ayırması ilə bağlı xəbəri münasibət bildirərkən bunu deyib.

O qeyd edib ki, postsovet məkanını hərbi qarşıdurma zonasına çevirmək üçün hər şey edilir.

“Aİ-nin Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında öz dağıdıcı təsirini Cənubi Qafqazda yaymaq üçün aparılan geosiyasi hesablamalar dayanır. Yaxşı, kollektiv Qərb xəritədə bir qaynar nöqtəli bölgənin az olacağına necə dözə bilər!? Avropa Sülh Fondu isə sülh deyil, müharibə haqqındadır”, - o deyib.