Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.
Aksiz dərəcəsi ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üçün 1000 ədəd üçün 43 manatdan 45,5 manata qaldırılıb.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər tərkibində tütün əvəzləyicisi olan siqaretlər üçün 1000 ədəd üçün 46,5 manatdan 53,5 manata qaldırılıb.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
İqtisadçı ekspert, Eldəniz Əmirov "Sherg.az"a bildirib ki, mövcud dəyişikliyin qiymətə təsir etməyəcəyi ilə bağlı fikir söyləmək üçün sayına və artımın miqdarına baxmaq lazımdır:
“Min ədəd üçün artım 2.5 manatdır. Bir ədəd üçün isə 0.25 qəpik edir. Əgər tərkibində 20 ədəd siqarilla olan qutunu götürsək artım cəmi 5 qəpik olur. Ona görə də hazırkı dəyişikliyin məhz siqarillaların qiymətində hər hansı qiymət artımına gətirib çıxaracağını demək olmaz. Yəni bu dəyişiklik qiymət artımına səbəb olmayacaq”.