NATO İrana qarşı dəniz blokadasında iştirak etməyəcək

NATO ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını bağlamaq planına müdaxilə etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

NATO-nin üzvləri Britaniya və Fransa başda olmaqla, müttəfiq dövlətlər blokadada iştirak etməyəcəklərini və münaqişəyə cəlb olunmayacaqlarını bildiriblər. Onlar dünya neftinin beşdə birini daşıyan boğazın açılması təşəbbüsü üzərində işlədiklərini bəyan ediblər.