ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran gəmilərindən hər hansı biri Hörmüz boğazında ABŞ-nin tətbiq etdiyi blokadaya yaxınlaşarsa, dərhal məhv ediləcək.
Sherg.az xəbər verir ki, bu barədə o, 13 aprel tarixində Truth Social sosial şəbəkəsində yazıb:
“Xəbərdarlıq: əgər bu gəmilərdən hər hansı biri bizim blokadaya yaxınlaşarsa, biz dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni sistemlə onu dərhal məhv edəcəyik. Bu, sürətli və sərt olacaq”.
Ağ Evin rəhbərinin sözlərinə görə, İranın hərbi-dəniz qüvvələri “tamamilə məhv edilib”. O əlavə edib ki, ABŞ sürətli qayıqları təhlükə hesab etmədiyi üçün onları məhv etməyib.
Həmin gün Vaşinqton və Tehran arasında danışıqların uğursuzluğa düçar olmasından sonra Hörmüz boğazında blokada başlayıb. Bu blokada İran limanlarına və sahil ərazilərinə daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə şamil olunur.
Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, ABŞ tərəfindən Hörmüz boğazının blokadaya alınması beynəlxalq enerji bazarlarına mənfi təsir göstərəcək. Onun sözlərinə görə, Moskva münaqişənin nizamlanmasına kömək etməyə hazırdır.