İsmayıllıda bədbəxt hadisə baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, İsmayıllı sakini 1986-ci il təvəllüdlü Ağayev Ağabala Əlibala oğlu Çayqovuşan kəndi ərazisində şəlalədən yıxılıb ölüb.
Polis və prokurorluq əməkdaşkarı hadisə yerində araşdırmalar aparır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, istirahət mərkəzləri və turizm zonaları yaranabiləcək bütün təhlükə risklərinə qarşı önləyici tədbirlərini almalıdırlar:
“Turizm sahəsinin ərazisində sürüşmə, uçma təhlükəsi, həmçinin meşəlik ərazidə itkin düşmə, vəhşi heyvanın hücmuna məruz qalma kimi hadisələr ola bilər. Təbiət qoynunda şəlalənin ətrafını kimsə icarəyə götürüb istifadə edirsə, orada təhlükəsizlik tədbirləri görülməlidir. Yəni şəlalədən və yaxudda yüksəklikdən yıxılma ehtimalı varsa, tədbirlər planı həyata keçirilməlidir. Belə təhlükə riski olan kifayət qədər yerlər mövcuddur. Bunların hər birinə nəzarəçi təşkil etmək fiziki və praktiki olaraq mövcud deyil. Dünyanın heç bir yerində belə bir qayda yoxdur. İnsanların daha çox ziyarət etdiyi, turların təşkil olunduğu istirahət zonalarında turistlərə təlimatların verilməsi və təhlükəsizlik tədbirləri həyata keçirilməlidir”.