İlon Mask Tramp üçün 45 milyon dollar ianə edib?

Məşhur ABŞ sahibkarı Elon Musk noyabr seçkiləri üçün Respublikaçı namizəd Donald Trampın prezidentlik kampaniyasını dəstəkləyən “Amerika PAC” adlı yeni siyasi fəaliyyət komitəsinə ayda təxminən 45 milyon dollar ianə etdiyi ilə bağlı iddiaları təkzib edib.
Bakupost.az xəbər verir ki, Mask mediada yayılan xəbərlərin həqiqətə uyğun olmadığını, Trampın prezidentlik kampaniyasına ianə verdiyini, lakin məbləğin çox aşağı olduğunu bildirib.
Qeyd edək ki, "Wall Street Journal" (WSJ) qəzeti keçən həftə Maskın Trampı dəstəkləyən siyasi fəaliyyət komitələrindən biri olan America PAC-a ayda təxminən 45 milyon dollar ianə etməyi planlaşdırdığını iddia edib.