Kobaxidze: İvanişviliyə qarşı sui-qəsdi Tramp və Fitsoya qarşı hücumların təşkilatçıları hazırlayıb

Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sui-qəsd Slovakiyanın baş naziri Robert Fikonu və ABŞ-ın keçmiş prezidenti Donald Trampı öldürməyə cəhd edən qüvvələr tərəfindən hazırlanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Bu yaxınlarda iki terror aktı baş verib - biri Slovakiyada, ikincisi ABŞ-da. Bu qlobal siyasi qüvvələri xarakterizə edən ümumi imzadır”, - deyə Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin sui-qəsd cəhdi ilə bağlı araşdırmasını şərh edərkən bildirib.

O, Gürcüstanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyinin bəzilərinin xoşuna gəlmədiyini deyib.

"Təəccüblü deyil ki, istintaqa görə, bütün bunlarda fiziki olaraq bu gün Ukraynada yaşayan əvvəlki hökumətin yüksək vəzifəli məmurlarının rolu görünür. Bu cür hərəkətlərin qarşısını almaq vacibdir və dövlət bunun üçün hər şeyi edəcək", - o deyib.

Xatırladaq ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti İvanişvilinin və "Gürcü Arzu"sunn bəzi rəhbər şəxslərinə qarşı sui-qəsdin hazırlanmasının araşdırdığını elan edib. Kəşfiyyat xidmətinin məlumatına görə, bu plan Ukraynada yaşayan keçmiş gürcü məmurları tərəfindən təşkil edilib və maliyyələşdirilib.