Ağcabədi rayonunda baş verən yol qəzasında 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Qəzada ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub



Ağcabədi rayonunda yol qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, BMW, "Mercedes” və "Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu, "Daewoo"nun sürücüsü Ağamalıyev Nəbi Məhəmməd oğlu, 1983-cü ildə anadan olmuş Alıyeva Naibə Əli qızı, 2007-ci il təvəllüdlü Alıyev Fəqan Kənan oğlu hadisə yerində dünyasını dəyişib.
Bundan başqa, 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu, 2005-ci il təvəllüdlü Alıyeva Fərqanə Kənan qızı, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızı, 1997-ci il təvəllüdlü Ağamalıyev Nurlan Nəbi oğlu, 1969-cu il təvəllüdlü Quliyeva Arifə Yunis qızı və İsrafilova Səbinə Əzim qızı müxtəlif bədən xəsarətləri ilə Ağcabədi və Bərdə rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.
***
10:57 Ağcabədi rayonda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb. BMW, "Mercedes” və "Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu hadisə yerində dünyasını dəyişib.
Şəxsiyyətləri məlum olmayan 3 nəfərin isə xəstəxanaya çatdırılarkən yolda və xəstəxanada öldüyü bildirilir. Dünyasını dəyişənlərdən birinin Sumqayıt, birinin Bərdə, ikisinin isə Ağcabədi rayon sakini olduğu açıqlanıb.
***

 Ağcabədidə ağır yol qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) qeydə alınıb. BMW, "Mercedes” və "Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu hadisə yerində ölüb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E. Bəbişovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.