Deputatların tətili başa çatdı

Parlamentin 2014-cü il payız sessiyası öz işinə star verir




Milli Məclisin deputatlarının yay tətili başa çatıb.
ANS PRESS-in məlumatına görə, millət vəkillərinin tətil müddəti 15 sentyabr tarixindən etibarən başa çatır. Milli Məclisin Daxili Əsasnaməsinə görə, sentyabrın 15-dən komitə iclasları başlayır.
Bununla da parlamentin 2014-cü il payız sessiyası öz işinə star verir. Sentyabrın 30-dan isə plenar iclaslar başlayacaq.
Qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən tətilə buraxılıb.