Toyu günü qızılları oğurlandı





Türkiyədə bəy və gəlinin toy günü qızılları oğurlanıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Adana şəhərində Selman Dəmiryürəklə xanımı Səda Dəmirürək toydan əvvəl xatirə şəkili çəkdirərkən naməlum şəxslər onların maşınına basqın edib. Şüşələri sındıran oğrular maşında olan 15 min lirə (təxminən 7 min manat) dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Hadisədən sonra gəlin əsəbindən gözyaşlarını saxlaya bilməyib. Toy isə çox sönük keçib.
Polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.