59 yaşlı kişi yanaraq öldü - XIRDALANDA




Fevralın 3-də saat 21 radələrində Xırdalan şəhərinin Quşçuluq yaşayış sahəsində yaşayan 59 yaşlı Faiq Yusifovun evində yanğın baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə 16 kvm. sahədə evin konstruksiyaları və oradakı əşyalar yanıb.

 Yanğın söndürüldükdən sonra F.Yusifovun yanmış meyidi mənzildən tapılıb. Araşdırma aparılır.