Kəsilən qıçından lampa düzəldib satışa çıxardı

Qiyməti 78 min sterlinqədir






Hollandiyanın Spijkenisse qəsəbəsində yaşayan Leo Bonten adlı bir adam xəstəxanada kəsilən qıçından lampa icad edərək 78 min sterlinqə, təxminən 290 min TL satışa çıxardı.

53 yaşlı Leo Bontenin qırılan qıçı səhv müalicə nəticəsində infeksiyaya yoluxduğu üçün kəsildi. Bonten sığortadan götürəcəyi pulun ancaq sadə bir protez qıça çatacağını ifadə edərək, daha inkişaf etmiş bir protez üçün kəsilən qıçından lampa edib bir milyonerə satmağa qərar verdi. Patoloq Frank van da Goot və dizaynçı Willem Schaperkotterin birgə səyləri ilə kəsik qıçından lampa düzəldən Bonten, lampasını təxminən 290 min TLə satışa çıxardı.