Tələbə xəstənin qanlı orqanları ilə selfi çəkdirdi

Qızın bu hərəkətləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub




 Rusiya əhalisi Kazanda şoka salan hadisəni müzakirə edir.
Təcrübə keçən tələbə xəstənin qanlı daxili orqanları ilə fotosunu İnstaqramda yayıb.
Gülümsəyən xanım əllərində xəstənin dalağını saxlayır. Qız hər şəkilin altında xəstə haqqında da məlumat verir.
Fotoda xanım mehriban halda gülümsəyir. Qızın bu hərəkətləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Hamı qıza etirazını bildirir, onu qınayır.
Yeri gəlmişkən, qız artıq öz səhvini başa düşərək şəkilləri silib.