Metroda bomba həyəcanı (FOTO)




Əraziyə Polis və FHN əməkdaşları cəlb olunub
  Bakıda "Sahil” metro stansiyasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

 APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, məlumat daxil olandan dərhal sonra hadisə yerinə Səbayil Rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub.

Polis və FHN əməkdaşları əraziyə baxış keçiriblər. Ərazidə heç bir şübhəli əşya aşkarlanmayıb.