"Rövşən Raqifoğlu ilə bağlı fikrim müsbətdir" - Tanınmış jurnalist





"Arif Alışanovun Az TV rəhbərliyindən azad edilməsi dünəndən müzakirə mövzusudur. Bununla bağlı fərqli fikirlər söylənir, onun kölgəsini qılınclayanlar da boş durmur”.

"Sherg.az”ın məlumatına görə, bu sözləri Feysbuk sosial şəbəkəsində Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət yazıb.

Tanınmış jurnalist bildirib ki, Arif Alışanovla ikidə-bir kəsişən yolu olmayıb, işi ondan keçməyib, keçmir də:

"Amma sadəcə bir şeyi anlamıram. Cənab Prezident məsləhət bilib onu işdən çıxarıbsa, burada qəribə nə var? Biz bunu müzakirə etməkdənsə, Az TV-nin sonrakı taleyini düşünməliyik. Ona görə ki, həm TV, həm də radio bütün kanallar arasında özünün milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilib. Əsas odur ki, bundan sonra da belə davam etsin. Ona görə də. ora təyin ediləcək yeni kadrın məhz bu dəyərlərə bağlı, sadiq birisi olması lazımdır. 

Bu arada, xəbərlərdə deyilir ki, Rövşən Raqifoğlu hələlik rəhbər vəzifəsini icra edir. İnanıram ki, milli-mənəvi dəyərlər məsələsində o da həssaslığı davam etdirəcək. Dəfələrlə onun aparıcısı olduğu verilişlərdə ekspert qismində çıxış etmişəm və barəsində fikrim müsbətdir. Amma əlbəttə ki, seçimi sonda cənab Prezident edəcək”.

İsmayıl