Biləsuvarda ata qızının başını kəsdi

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir




Biləsuvar rayonu Zəhmətabad kəndində dəhşətli qətl hadisəsi baş verib.
Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, kənd sakini Töfəddin Hacıyev öz qızının başını kəsərək qətlə yetirib. Hazırda Rayon polis şöbəsinin əməkdaşları hadisə yerində əməliyyata başlayıb.
Məlumata görə, qətlə yetirilən Aidə Hacıyevanın 26 yaşı var və bir uşaq anası olub. Tofiq Hacıyev artıq saxlanılıb.
***
Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, hazırda rayonun hüquq –mühafizə orqanlarının rəhbərləri hadisə yerindədir. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.