"Bu cani qızımın qulaqlarını qoparmışdı"





Mersində, birlikdə yaşadığı 31 yaşlı Serab Aldırmazın qızı 9 yaşlı Nazar Yıldızı erkən yatmadığı üçün döyərək öldürən evli 37 yaşlı Ayxan Ataş üçün məhkəmə prokuroru 'uşağa qarşı əziyyət çəkdirərək qəsdən adam öldürmə' cinayətində günahlandıraraq ağırlaşdırılmış ömürlük   həbs cəzası istədi. Kiçik qızın atası Hüseyin Yıldız, "Bu cani qızımın qulaqlarını qoparmışdı" dedi.
2 il əvvəl boşanan Hüseyin Yıldız ilə Serab Aldırmaz  cütlüyünün tək uşağı olan Nazar Yıldız, birlikdə yaşadığı atasının narahatlığı səbəbiylə 10 günlük olarkən  anasına təslim edildi.  4-cü sinif şagirdi Nazar, 4 sentyabr 2013-cü ildə döyülüb işgəncə edilmiş halda Mersin Universiteti Araşdırma və Tətbiq Xəstəxanasına çatdırıldı. Beyin qanaması keçirdiyi təyin olunan və bədəninin böyük hissəsində döyülməkdən göyərtilər təsbit edilən Nazar Yıldızın, tənəffüs cihazına bağlanaraq reanimasiyada müalicə altına alınmasından 13 gün sonra beyin ölümü reallaşdı. Kiçik qızın orqanları da bağışlandı.(Milliyet.com)

Nəzarətə alınan ana Serab Aldırmaz, ifadəsinin ardından həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılarkən uşağı döyüb işgəncə edərək ölümünə səbəb olduğunu qarşıya qoyulan Ayxan Ataş həbs olundu. Respublika Prokuroru ana haqqında 'qəsdən yaralama' cinayəti ilə 5 ilə qədər, Ataş haqqında da 'qəsdən öldürmə' cinayəti ilə  ağırlaşdırılmış ömürlük həbs cəzası istədi.