IŞİD-ə qoşulan Bosniyalı qızlar hamilədir





IŞİD-ə qatılıb cihad etmək istədikləri üçün Avstriyadan Suriyaya gedən iki qızın hamilə olduqları iddia edildi. Cihadçıların poster qızları halına gələn Samra Kesinovic və Sabine Selimovic, Avstriyadan Suriyaya gedib IŞİD-ə qatılmışdılar. Ailələlərinə "bizi axtarmayın, Allah yolunda ölməyə gedirik" deyərək ortadan itən qızlar, aprel ayından bəri axtarılırdı.

"Daily Mail "qəzetinin  xəbərinə görə, Bosniya əsilli Avstriyalı qızlar hamilədir. Çeçen xadimlərlə evləndirildikləri iddia edilən qızlar, bu əlaqələrindən hamilə qaldılar.
Avstriya mediasının danışdığı gizli xidmət səlahiyyətliləri isə qızların ailələriylə əlaqə yaratdıqlarını, olduqları  mühiti tərk etmək və evə gəlmək istədikləri  ifadə edildi. Ancaq Avstriyalı Daxili İşləri naziri  Grundboeckin şərhinə görə artıq çox kecdir. Avstriya qanunlarına görə , ölkəni qəti olaraq tərk edən immiqratların dönmələri  qeyri-mümkündür.