Məktəblilərin payız tətili günləri açıqlandı

Dərslər noyabrın 18-də başlayacaq



Azərbaycanda orta məktəblərdə şagirdlərin payız tətili günləri açıqlanıb.
Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-2015-ci dərs ilində payız tətili günləri noyabrın 12-də başlayacaq, noyabrın 17-də isə başa çatacaq.
Bu il həm 5 günlük, həm də 6 günlük məktəblərdə tətil günləri eyni olacaq.
Orta məktəblərdə dərslər noyabrın 18-də başlayacaq.