Ovik müharibə barədə danışdı (FOTO)

Ermənistan baş naziri Amerika ermənilərindən yardım istəyib







 Ermənistan baş naziri Ovik Abramyan Vaşinqtonda Amerikanın erməni icmasının təmsilçiləri qarşısında danışıb.
ANS PRESS-in məlumatına görə, söhbət zamanı o, Ermənistanın Qarabağ müharibəsində düşdüyü çətinliklərdən danışıb. "Qarabağ münaqişəsi həll olunmaz qalır, çünki Azərbaycan militarist siyasət yeridir. Türkiyə də özünü həddindən sərt aparır və Ermənistanı blokadaya salıb. Bütün bunlar bizi xarici siyasətdə çox çevik olmağa məcbur edir”,- deyə Abramayan bildirib.

Abramyan Amerika ermənilərindən yardım istəyib. "Biz bir yerdə olmalıyıq. Əgər Ermənistanda yaşaya bilmirsinizsə belə, bizim işğallarımızla fəxr edə bilərsiniz”, - deyə Abramyan vurğulayıb.