Serj Qarabağdan əl üzür

Naira Ayrumyan: “Azərbaycan AAİ-yə BMT sərhədləri ilə girəcək”



 Ermənistanın Avrasiya İttifaqına BMT tərəfindən daxil edilməsi bu ölkənin şərhçilərini Qarabağ məsələsində ümidsizliyə sürükləyib.

ANS PRESS-in məlumatına görə, erməni şərhçilər artıq bir neçə gündür ki, İrəvanın Dağlıq Qarabağı Azərbaycana necə təhvil verəcəyi barədə versiyalar üzərində işləyirlər. Məsələn, Ermənistanın yetərincə orjinal fikirlərə malik şərhçisi Naira Ayrumyan bunu Azərbaycanın da Avrasiya İttifaqına girməsi ilə reallaşacağını iddia edir.

Onun fikrincə, Azərbaycan Avrasiya İttifaqına BMT tərəfindən tanınmış sərhədləri ilə, yəni Dağlıq Qarabağla birlikdə daxil olacaq. "Avrasiya İttifaqı Qarabağ münaqişəsini BMT tərəfindən tanınmış sərhədlər daxilində həll etmək imkanındadır”.

Naira Ayrumyanın sözlərinə görə, Ermənistanın məsələyə etiraz etməyə imkanı da yoxdur və məsələyə etiraz etmək üçün Avrasiya İttifaqını tərk edə bilməz. Çünki İrəvanın Avrasiya İttifaqını tərk etməsi üçün qurumun üç təsisçisi - Rusiya, Qazaxıstan və Belarus bu məsələdə konsensusa gəlməlidirlər.