Bir ay burnunda zəli ilə yaşadı

“Əvvəl qurumuş qan laxtası sandım”



Şotlandiyalı Daniela Liverani bir ay burnunda 7.5 sm.lik zəli ilə yaşadı.
Cənub-şərqi Asiya səyahətində motosiklet qəzası keçirən və İngiltərəyə döndükdən sonra burun qanamaları artan Liverani "Sunday Mail”ə verdiyi açıqlamada: "Evə döndükdən sonra qəzadan qaynaqlandığını sandığım burun qanamalarım dayandı və burnumdan çölə bir şey çıxdığını gördüm. Əvvəl qurumuş qan laxtası sandım. Çölə çıxarmağa çalışdım, amma yenidən burnuma girdi. Duşa girdiyimdə alt dodağıma qədər endiyini fərq etdim, aynaya qaçdım və zəlinin kürəyini gördüm xəstəxanaya getdim” şəklində danışıb. Edinburqda yaşayan Liverani, həkimlər burnundakı zəlini çıxardıqdan sonra, bir aydan çox çəkdiyi ağrının dayandığını və çıxan zəlinin az qala baş barmağı böyüklüyündə olduğunu söylədi. Amerikan Təbii Tarix Muzeyindən mütəxəssis Mark Siddal deyib ki, Liveraninin yaşadığı hadisəni böyük ehtimalla Vyetnamda suya girməsindən, ya da içdiyi çirkli suyun burnuna qaçmasından qaynaqlanıb. Zəli tez böyüyən olmadığı üçün xəstə vəziyyəti fərq etməmiş ola bilir” deyə danışdı.