Bakıda zəlzələ oldu

Baş verən təkan hamını təşvişə salıb




Bu gün saat 23:30 radələrində paytaxtın bəzi ərazilərində yeraltı təkanlar hiss edilib.

Baş verən təkan hamını təşvişə salıb.
Musavat.com xəbər verir ki, hadisə barədə hazırda sosial şəbəklərdə də məlumatlar yayılmağa başlayıb. Məlumatlara görə, yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.

Xəbəri dəqiqləşdirməyə çalışırıq. Baş verən zəlzələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bu gün  günorta saatlarında Azərbaycanın cənub bölgəsində də zəlzələ olub. Zəlzələ nəticəsində Dağıntılar və hər hansı ziyan qeydə alınmayıb.