Deputat Prezidentə təşəkkür etdi: "Bu fərman insanların problemini kökündən həll edəcək"




"Vətəndaşların problemli kreditləri ilə bağlı məsələni Milli Məclisdə qaldıran bir millət vəkili olaraq cənab Prezidentin vətəndaşların problemli kreditləri probleminin həll edilmesi ilə bağlı tapşırıqlar verəcəyinə inanırdım". 

Bu barədə "Sherg.az"a millət vəkili Qənirə Paşayev bildirib. Xanım parlamentarinin sözlərinə görə,  
demək olar ki, hər ay vətəndaşlardan problemli kreditlərlə bağlı məktublar alıb, onlarla görüşlərdə bununla bağlı müraciətlər olub: 

"Mənə müraciət edən vətəndaşlar hər zaman cənab Prezidentin onların bu problemini həll edəcəyinə inandıqlarını bildirirdilər. 

Cənab Prezidentin problemli kreditlərin həllinə yönələn Fərmanı çox önəmli addımdır.. Bu Fərmana görə özümün və seçicilərimin adından cənab Prezidentə təşəkkürümü bildirirəm. Cənab Prezidentin fiziki şəxslərin problemli kreditləri ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı yüzlərlə insanların problemini köklü şəkildə həll etmək imkanı verəcək. Bununla yanaşı, onların sosial vəziyyətinə də müsbət təsir edən çox mühüm bir addımdır".

Ayyət Əhməd