Azərbaycana baxış - Video
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli ingilis dilində yayınladığı "Azərbaycana baxış” adlı video çıxış Amerikada nüfuzlu "Müsəlman Dünyası Bu gün” adlı internet portalında yayımlanıb. Bu platforma həmçinin Türkiyə, Pakistan, Maldiv və Malayziyada fəaliyyət göstərir. Yaxın günlərdə bu video çıxış Pakistan mətbuatında da yayımlanacaqdır. Videonun digər ölkələrin saytlarında da yayınlanacağı gözlənilir.
Çıxışda bunlar deyilir: "Əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycan Cənubi Qafqazda yerləşir və dünyəvi dövlətdir. Azərbaycan həm regional, həm də beynəlxalq aləmdə balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir. Müxtəlif beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələri ilə əməkdaşlıq edən Azərbaycan bir sıra mühüm məsələlərin həllində əsas rol oynayan ölkələrdən birinə çevrilmişdir. Bir sıra sahələrdə uğurlu xarici siyasət kursu həyata keçirən Azərbaycan eyni zamanda Birləşmiş Ştatlarla müxtəlif sahələrdə olduğu kimi, hərbi sahədə də yaxından əməkdaşlıq edir. Baxmayaraq ki, Azərbaycan müharibə şəraitində mövcud olan bir ölkədir, bu işin öhdəsindən layiqli gəlir və dünyada sülhün bərqərar olunması üçün əlindən gələni edir. Təkcə müsəlman ölkələri ilə deyil, bir sıra Xəzəryanı ölkələr , eləcə də, Avropa ölkələri ilə geniş diplomatik əlaqələr yaratmışdır.
Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyan Türkiyədən sonra ikinci ölkədir və 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. İki ölkə müxtəlif beynəlxalq tədbirlərdə bir-birini dəstəkləmiş və müxtəlif təşkilatlarda yaxından əməkdaşlıq etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Pakistan 2012-ci ildə Xocalı faciəsini rəsmi olaraq tanımış ölkələrdən biridir. Nəzərə alsaq ki, Pakistan da uzun illərdir davam edən Kəşmir problem ilə üz-üzədir, Pakistan xalqı Azərbaycanın bu dərdini yaxşı başa düşür. İki ölkə arasında əməkdaşlığın daha da artırılması üçün qarşılıqlı olaraq bir sıra komissiyalar fəaliyyət göstərir, belə ki, parlamentlərarası dostluq qrupu, birgə iqtisadi komissiya, birgə nazirliklərarası komissiya bunlara daxildir.
Hamı yaxşı bilir ki, İslam dini sülh, mərhəmət, qardaşlıq və humanizm dinidir. Müxtəlif səmavi dinlərin məqsədi də dünyada sülhün və xoşbəxtliyin təbliğ edilməsidir. Azərbaycan bu baxımdan müxtəlif dinlərarası və mədəniyyətlərarası münasibətlərin yüksək səviyyədə təmin olunması üçün ölkədə nümunəvi dini tolerantlıq və multikultural mühit mövcuddur. Müxtəlif səmavi dinlərin nümayəndələri burada bir-birilə sülh və dostluq şəraitində yaşayır və tarixboyu Azırbaycan dini və etnik zəmində heç bir ayrı-seçkilik və qarşıdurma baş verməmişdir. Bu, ölkənin mənəviyyatını və humanist dəyərlərini göstərən bariz nümunədir. Bakının mərkəzində aralarında təxminən 400 metr məsafə olan müsəlman, yəhudi və xristian dini məbədləri birgə sülh şəraitində fəaliyyət göstərir. Son dövrlərdə beynəlxalq səviyyədə həyata keçirilən sivilizasiyalararası və dinlərarası dialoq sahəsində müxtəlif tədbirlərin əksəriyyəti Azərbaycanın payına düşür. Bu tədbirlərin keçirilməsində Azərbaycanın məqsədi İslam dünyası və Qərb ölkələri, eləcə də, müxtəlif millətlər arasında dialoq və inamın gücləndirilməsidir. Həmçinin dini radikalizm və zorakı ekstremizmin qarşısının alınmasında birgə əməkdaşlığın təmin edilməsidir Təsadüfi deyil ki, Bakı İƏT-in dəstəyi ilə 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Azərbaycan 2016-cı ili ölkədə "Multikulturalizm”, 2017-ci ili isə "İslam həmrəyliyi” ili elan etmişdir.Ölkədə dövlət-din sahəsində münasibətlərin yüksək səviyyədə formalaşmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mühüm rol oyanır. Komitə dini radikalizmin qarşısının alınması və dini tolerantlığın təbliği sahəsində mühüm işlər görmüşdür.
Yuxarıda sadalanan bütün bu uğurlara baxmayaraq, Azərbaycan tarixboyu ermənilərin təcavüzünə məruz qalmışdır. Belə ki, mövcud münaqişə getdikcə hərbi xarakter almış və 1992-ci il fevralın 25-dən 26-na keçən erməni təcavüzkarları Azərbaycan xalqına qarşı qanslı Xocalı soyqırımını həyata keçirmişdir.
Həmin vaxtı Sovet imperiyasının təzə dağıldığı və ölkə daxilində siyası durğunluğun baş verdiyi vaxtda ermənilər xarici qüvvələrin köməyi ilə dinc əhaliyə qarşı bu məkrli planı həyata keçirmişdir. Nəticədə 106 qadın, 63 uşaq, 70 yaçlı insanlar daxil olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. 1275 nəfər əsir götürülmüş və 150 nəfərin kimliyi hələdə indiyə qədər naməlum olaraq qalır. Erməni rəsmiləri törətdikləri bu cinayətləri hələ də boynundan atır və onların bu etdikləri, nəinki reallıqdan uzaqdır, hətta adı bir məntiqə belə sığmır. BMT-nin erməni işğalçılarının qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməsini tələb edən rəsmi 4 qətnamə qəbul etmişdir, lakin bu qətnamələrin heç biri hələ də yerinə yetirilmir. Bundan başqa Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bu məsələlərlə bağlı bir sıra qətnamələri mövcuddur ki, həmin qətnamələrdə də Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən zəbt edilməsi qətiyyətlə pislənilir.
Azərbaycanın xarici siyasət xətti həm qonşu, həmdə beynəlxalq təşkilat və ölkələrlə dostluq əlaqələrinin qurulması və inkişaf etdirilməsinə yönəlmiş, sülhün təbliğini prioritet istiqamətlərdən biri kimi qəbul etmişdir.
Dünyanı qarşılıqlı anlaşma, sülh dəyərlərinin təbliği və müxtəlif millətlər, mədəniyyətlər, dinlər arasında mənəvi körpü yaratmaq yolu ilə işıqlandıraq.