Sürüşmə zonasında yaşayanların NƏZƏRİNƏ: QƏRAR gözlənilir




"Bayıldakı sürüşmə hadisəsi bu ərazidə birinci və sonuncu dəfə deyil. Bu, təbii prosesdir". 

"Sherg.az"ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. "Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı".

Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxıldığını deyən E.Əzizov bildirib ki, NK-nın orada yaşayanlarla bağlı yaxın günlərdə yeni qərarı verəcək: "Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib".