Bakıda bu avtobusun sürücüsü sükan arxasında bunları etdi - VİDEO




Avtobusda onlarla sərnişin aparan sürücü siqaret çəkir
 

"Sherg.az" xezerxeber-ə istinadən bildirir ki, bu azmış kimi o, hərdən mobil telefonla da danışır. Bu görüntülər elə avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilib.

Araşdırma zamanı məlum oldu ki, kadrlar paytaxtda metronun 20 yanvar stansiyasından, Müşfiqabad qəsəbəsinə sərnişin daşıyan 114 A saylı marşurut xəttində çəkilib.

 
Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasına paytaxt sakinlərinin münasibəti birmənalıdır.
 
Məsələ ilə bağlı avtobusun aid olduğu daşıyıcı şirkətlə əlaqə saxlanılıb. Bildirilib ki, həmin sürücü işdən kənarlaşdırılacaq.

 
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək.