Türkiyə DİN: 90-dan çox terrorçu zərərsizləşdirilib




Ötən ay Türkiyə ərazisində PKK terror təşkilatına qarşı keçirilmiş əməliyyatlar çərçivəsində 93 terrorçu məhv edilib.

"Sherg.az"Türkiyə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, zərərsizləşdirilmiş terrorçular arasında Türkiyənin müxtəlif bölgələrində hərbi hissələrə hücumlar planlaşdıran şəxslər də olub.