“ABŞ Qarabağ məsələsində Azərbaycana tam dəstək verəcək” – AKTUAL





"ABŞ hakimiyyətinin region üzrə əsas strategiyası Qarabağ münaqişəsinin mümkün həllinə tez nail olmaq və Rusiyanı bölgədə sıxışdırmaqdır”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, Ermənistanda baş verən məxməri inqilabla hakimiyyətə gələn Nikol Paşinyan Vaşinqtonun siyasi planını həyata keçirməli idi. Məhz ötən il Trampın müşavirinin regiona səfəri, separatçılarla bağlı İrəvana verilən mesaj məhz bu həllə yönəlib: 

"Hesab edirəm ki, ABŞ-ın müxtəlif səviyyələrdə bu kimi açıqlamalar verməsi təsadüfi deyil. Amerika münaqişənin ədalətli həllini irəli sürür və ərazi bütövlüyümüzü dəstəkləyir. Vaşinqton artıq regionda Azərbaycanın əhəmiyyətini qiymətləndirir”.

Analitikin sözlərinə görə, Paşinyanın Rusiyaya referansları Vaşinqtonun Bakıya jesti ilə müşayiət olunur: 

"Azərbaycanla Vaşinqton arasında diplomatik əlaqələrin inkişafı, Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyində ciddi dəyişikliklər etdi. Düşünürəm ki, bundan sonra ABŞ Qarabağ məsələsində Azərbaycana tam dəstək verəcək. Çünki münaqişənin həllinə zərbə vuran və regionun inkişafına problem yaradan məhz İrəvan hökumətidir”.

İsmayıl